Suraxanı rayonunda Vətən müharibəsi qazilərinin və Şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayonun təhsil müəssisələrinin kollektivləri tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Ramazan bayramı ərəfəsində də ziyarət olunması davam etdirilir.
Növbəti dəfə Q.Qəhrəmanov adına 65 №-li tam orta məktəbin, E.Adıgözəlov adına 263 №li, E.İslamov adına 270 №li, 279 №li, və 311№li, 330 №li körpələr evi-uşaq bağçalarının kollektivləri qazilərimiz Zığ qəsəbə sakini Əlirzayev Fərid Naib oğlunu, Hövsan qəsəbə sakinləri Əhədov Nicat Əbruc oğlunu, Musayev Səddam Fəzail oğlunu, Qaraşov Kənan Tofiq oğlunu, Qasımov Nicat Cavid oğlunu, Qaraçuxur qəsəbə sakinləri Əliyev Əbülfət Asəf oğlunu, Muradov Emin Tahir oğlunu, Bülbülə qəsəbə sakini İsmayılov Tural Teyyub oğlunu ziyarət edib, ailələrə ərzaq yardımları göstərilib.