Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində Şəhid olmuş igidlərimizdən biri Hacıyev Elmaz Elmar oğlunun bu gün 27 yaşı tamam olur.

09 may 2021 | 16:00

Bu münasibətlə mayın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini və RİHBA-nın şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəhidin xatirəsini ehtiramla yad edərək məzarını ziyarət etmiş, Hövsan qəsəbəsində yaşayan ailəsinə baş çəkmiş və ərzaq yardımı göstərmişlər.
RİH başçısı Əziz Əzizov Şəhidimizin anası Səxavət xanıma Vətənimizə gərəkli övlad böyütdüyü üçün bir daha təşəkkür etmiş, torpaqlarımızın müdafiəsi naminə canlarından keçmiş və Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Qeyd edək ki, Elmaz Hacıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən onun ailə üzvlərinin yaşadığı evin yaxınlığında bulaq abidə kompleksi inşa edilmişdir.

Keçidlər