“Mənim gözəlləşən kəndim” adlı ekoloji layihə Suraxanı rayonunun Əmircan qəsəbəsində həyata keçirilib
"Yuva" Humanitar Mərkəzinin "Danışın, Qızlar" adlı layihəsi çərçivəsində təşkil olunmuş təhsil yönümlü distant görüşlərdə iştirak edən bir qrup Suraxanı rayon gəncinin təklif etdiyi və YUVA Humanitar Təşkilatı tərəfindən dəstəklənən “Mənim gözəlləşən kəndim” adlı ekoloji layihə Suraxanı rayonunun Əmircan qəsəbəsində həyata keçirilib.
Layihə çərçivəsində mayın 8-də Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundovanın, RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanoğlan Allahverdiyevin, RİHBA-nın, qəsəbə nümayəndəliyinin, bələdiyyənin əməkdaşlarının və "Yuva" Humanitar Mərkəzinin gənc könüllülərinin iştirakı ilə Bülbülə gölünün ətrafında genişmiqyaslı iməcilik təşkil olunmuşdur. Ekoloji layihənin dəstəklənməsi məqsədi ilə Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Ceyms Şarp da layihəyə qoşularaq xüsusi maraq göstərmişdir. İməcilikdə ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar ərazidən yığışdırılmışdır.