Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz mütəmadi olaraq ziyarət olunur

06 may 2021 | 16:00

Torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan, dövlətimizin iftixarı sayılan mərd oğullarımızdan biri də qazi Məmmədov Rövşən Vilayət oğludur. Onun əkiz qardaşları Elşən və Hidayət Məmmədovlar da Rövşən kimi könüllü olaraq döyüşlərə qatılmış və qəhrəmanlıqla vuruşmuşlar. Belə layiqli vətən oğulları gənc nəsillər üçün əsl vətənpərvərlik nümunələridir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları mayın 6-da qazimizi ziyarət edib, səhhəti ilə maraqlanmış, onun keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq qayğılarını dinləmişlər.

Keçidlər