Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayonun təhsil müəssisələrinin kollektivləri tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin mübarək Ramazan ayında ziyarət olunması davam etdirilir.

06 may 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, əməkdaşı Qurbanəli İslamov, Suraxanı rayon Gənclər və İdman idarəsinin rəisi Amil Bağırov 84, 87 №li tam orta məktəblərin, 23, 203, 313, 324 №li körpələr evi-uşaq bağçasının kollektivləri növbəti dəfə qazilərimizi ziyarət edib, ailələrə ərzaq yardımları göstərilib.
Görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə və vətənimizin azadlığı uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı qələbəyə məhz xalqımızın birliyi və həmrəyliyi sayəsində nail olduğumuzu diqqətə çatdırıblar.

Keçidlər