Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün dövlətimiz tərəfindən Şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirən qazilərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçirilir.

05 may 2021 | 16:00

Bu gün dövlətimiz tərəfindən Şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirən qazilərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçirilir.
Suraxanı rayonunda da Vətən müharibəsi qazilərinin və Şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı rayon Səhiyyə İşçilərinin Həmkarlar Şurasının və 23 saylı Şəhər Poliklinikasının birgə təşkilatçılığı ilə Şəhid ailələri ziyarət olunaraq onların problemləri dinlənilmiş və ailələrə ərzaq yardımları göstərilmişdir.
Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində qəbul olunan vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqəli şəkildə lazımi tədbirlər həyata keçiriilr.

Keçidlər