Suraxanı rayonunda 15 may “Beynəlxalq Ailə Günü” çərçivəsində tədbirlərə start verilmişdir.
15 may “Beynəlxalq Ailə Günü” çərçivəsində Suraxanı rayon ərazisində yerləşən təhsil müəssisələrində, Suraxanı Rayon Gənclər Evində, Suraxanı Rayon Gənclər və İdman İdarəsində, 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində “Beynəlxalq Ailə Günü”nün səmərəli və mütəşəkkil şəraitdə keçirilməsi məqsədi ilə lazımi təşkilati işlər görülmüş, bu istiqamətdə tədbirlərə start verilmişdir.
Belə ki, 87, 114, 118, 196, 232, 270, 275, 278, 280, 281, 290, 317, 327 nömrəli tam orta məktəblərdə və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada 15 may “Beynəlxalq Ailə Günü” ilə əlaqədar uşaq və yeniyetmələrin, gənclərin, o cümlədən gənc və həssas qruplara aid olan ailələrin iştirakı ilə milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi hüquqlarını təbliğ edən mövzularda karantin qaydalarına riayət etməklə maarifləndirici tədbirlər, onlayn görüşlər keçirilmiş, rəsm sərgiləri təşkil olunmuşdur.
.