Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində Şəhid ailələrinin və qazilərimizin müraciətləri dinlənilərək araşdırılır və aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
Həmçinin, aprelin 30-da şöbə müdiri Elmar Hüseynov Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xəmmədov Əmral Zaur oğlunun Yeni Suraxanı qəsəbəsində yaşayan ailə üzvlərini ziyarət etmiş, problemləri ilə maraqlanmış və Şəhidimizin xatirəsi ehtiramla yad edilmişdir.
Qeyd edək ki, Əmral Xammədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Allahdan bütün Şəhidlərimizə rəhmət, doğmalarına isə səbr diləyirik.
Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızı daim fəxr və qürurla anacaq.