Yaşat Fondunun nümayəndəsi qazilərimizi ziyarət etdi
30 aprel 2021 | 16:00
Aprelin 29-da Yaşat Fondunun nümayəndəsi Nicat Əliyev, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov və əməkdaşı Qurbanəli İslamov qazilərimiz Şükürov Əli Çingiz oğlunu, Şərifov Kərim Sənan oğlunu, Abbasov Qismət Abbas oğlunu, Xudiyev Həbib Həsən oğlunu, Hüseynov Taleh Yaqub oğlunu ziyarət edərək qayğıları ilə maraqlanmış və onlara birdəfəlik maddi yardım göstərilmişdir.
Həmçinin ehtiyatda olan polkovnik leytenant Xaqani Cəfərov və aprel döyüşlərinin qəhrəmanı baş leytenant Qasım Qasımov RİH-də qəbul olunaraq onların problemləri dinlənilmişdir.