Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda illərdir sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir.

27 aprel 2021 | 16:00

Rayonun qəsəbələrarası və məhəllədaxili küçələrində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yollarda təmir-tikinti işləri davam etdirilir.
Rayonun Zığ qəsəbəsi, Bahar yaşayış sahəsində asfalt örtüyünün olmaması gediş-gəlişdə problemlərə səbəb olurdu.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən ərazidə ümumi sahəsi 9 700 kv.m olan asfalt örtüyü salınır.

Keçidlər