Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin iş planına əsasən 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimizin ziyarət olunması davam etdirilir.
26 aprel 2021 | 16:00
Şöbə müdiri Elmar Hüseynov Bülbülə qəsəbəsinin sakinləri İbrahimov Elvin İlqar oğlunu və Abdullayev Tural Əhmədət oğlunu ziyarət edərək onların sağlamlıq vəziyyəti ilə maraqlanmış və onlara ərzaq yardımı göstərilmişdir.