Suraxanıda Çernobıl əlillərinə ərzaq yardımı paylandı
Aprelin 26-da Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov Çernobıl faciəsinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən 53 Suraxanı rayon sakini ilə görüşüb və onlara ərzaq yardımları paylanıb.
“Qafqazinfo” xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar anım gününün xüsusi karantin rejimi şəraitində qeyd edildiyini bildirən RİH başçısı Əziz Əzizov, XX əsrin ən böyük faciələrindən hesab edilən, 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobıl atom elektrik stansiyasında baş verən nüvə qəzasınınn nəticələrinin aradan qaldırılmasında fəlakət zonasına göndərilən neçə-neçə həmyerlimizin radioaktiv şüalanmaya məruz qalaraq vəfat etdiyini, yüzlərlə azərbaycanlı gəncin ömürlük əlil olduğunu diqqətə çatdırıb.
Həmçinin, ölkəmizdə Çernobıl əlillərinə göstərilən diqqət və qayğının məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladığını vurğulayan Əziz Əzizov bu siyasətin hazırda dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini, Çernobıl əlillərinin sosial hüquqlarının müdafiəsi istiqamətində dövlət səviyyəsində mühüm tədbirlərin həyata keçirildiyini bildirdi.