Suraxanı rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət olunur
Vətən, torpaq uğrunda canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvədir şəhid olmaq. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də qürurumuz, fəxrimiz, örnəyimizdir. Onların canı, qanı hesabına qazanılan azadlıq və müstəqillik xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin iş planına əsasən Şəhid ailələri mütəmadi olaraq ziyarət edilir.
Növbəti dəfə Şəhidlərimiz Fərzullazadə Mehdi Zaman oğlunun, Orucov Səbuhi Vahid oğlunun, Kirxlarov Nazim Nadir oğlunun, Eissavi Muhamməd Mazen oğlunun, Əsgərov Rüfət Qabil oğlunun, İsmayılov Sərdar Sərvər oğlunun, Məmmədov Dostəli Seymur oğlunun ruhu ehtiramla yad edilmiş, onların ailələrinə mənəvi dəstək göstərilərək ərzaq yardımı olunmuşdur.