Suraxanı rayonunda Şəhid və qazilərin övladlarının müayinəsi təşkil olunmuşdur.
23 aprel 2021 | 16:00
22-23 aprel 2021-ci il tarixlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Xəzər Qayğıkeşlik Layihəsi Humanitar İctimai Birliyinin və "Azercell” Şirkətinin birgə təşkilatçılığı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasının həyətində keçirilən səyyar aksiyada "Azercell”in Mobil Diş Klinikasında çalışan peşəkar həkimlər tərəfindən Şəhid və qazilərin övladlarının müayinəsi təşkil olunmuşdur.
Qeyd edək ki, növbəti həftə ərzində (1, 3, 5-ci günlər saat 14:00-dan 18:00-dək, 2,4-cü günlər saat 10:00-dan 14:00-dək) Şəhid və qazilərin övladları üçün nəzərdə tutulan stomatoloji müayinənin davam etdirilməsi planlaşdırılmışdır.