Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir, onların ailə üzvləri mütəmadi ziyarət olunur.
21 aprel 2021 | 16:00
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları 1992-ci ildə torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş Məmmədov Ağayar Baxış oğlunun Əmircan qəsəbəsində yaşayan ailə üzvlərini ziyarət etmiş, Şəhidimizin həyat yoldaşı Hacər xanımın qayğı və problemlərini dinləmiş və ailəyə ərzaq yardımı göstərilmişdir.