Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha üç ailənin təməli qoyuldu

09 avqust 2014 | 15:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha üç yeni ailə quran gənclərin  nikah mərasimi təşkil olunmuşdur. 
Ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, önünə tər güllər düzdülər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində Rayon Qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Fərid Heydərovla Şəhanə Quliyevanın, Xəyal Həsənovla Aidə Qarayevanın, Mansur Əhmədovla Nuranə Qasımovanın nikahlarını rəsmiləşdirdi və gənclərə nikah şəhadətnaməsini təqdim etdi.
Bəy və gəlinlərin nişan üzüklərinin dəyişdirilməsi  iştirakçıların alqış sədaları altında yaddaşlara həkk olundu. Yeni evlənənlər toplaşanların çoxsaylı təbrikləri qəbul etdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzuladı.
Yeni ailələrə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr təqdim edildi.
Ailə həyatına qədəm qoyan gənclər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər, sülh rəmzi olan ağ göyərçinləri havaya buraxdılar.

Keçidlər