“Dəmir Yumruq” filmi Suraxanı Rayon İcra Hakimiyyətində nümayiş olunub
Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda Silahlı Qüvvələr tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıq nümayəndələri qəhrəmanlıq nümunələri göstərib, döyüşlərdə milli vəhdət şəklində cəsarətlə iştirak ediblər.
Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” adlı sənədli filmi Real TV-nin təşkilatçılığı ilə lentə alınıb.
20 apreldə Suraxanı Rayon İcra Hakimiyyətində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla sözügedən sənədli film nümayiş olunub.
https://www.youtube.com/watch?v=0v3pYu-XLzw