Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçularımız daim diqqətdə saxlanılır.

16 aprel 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanoğlan Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov və RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rəvan Nüsrətli Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə yaralanmış qazimiz, Qaraçuxur qəsəbə sakini Hüseynov Novruz Rizvan oğlunu ziyarət etmiş, onun səhhəti ilə maraqlanmış və problemlərini dinləmişlər.
Qeyd edək ki, bundan öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim heyəti Novruz Hüseynovun evində olmuş və cərrah həkimi tərəfindən sağ ayağından güllə yarası almış qazimizin yarası müayinə olunmuşdur.
Hazırda Novruz Hüseynovun müalicəsi nəzarətdə saxlanılır.

Keçidlər