Suraxanı rayonunda “Fövqəladə vəziyyətlərdə qadınlara yönəlik yanaşmalar” mövzusunda təlim kursu keçirilmişdir
24 iyul 2014-cü il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında (CEDAW) Konvensiyasının öhdəliklərinə müvafiq olaraq “Fövqəladə vəziyyətlərdə qadınlara yönəlik yanaşmalar” mövzusunda təlim kursu keçirilmişdir.
Təlim kursunun keçirilməsində məqsəd fövqəladə hallar zamanı qadın və uşaqları nəzərdə tutan xüsusi yanaşmanın həyata keçirilməsi olmuşdur.
Tədbiri giriş sözü ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova açdı.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tədbirin fövqəladə hallara həssas olan bütün bölgələrdə davamlı olaraq keçirildiyini vurğuladılar.
Təlim kursunda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumunun nümayəndələri baş verə biləcək hadisələr zamanı xəbərdarlıq, davranış, ilkin yardım, xilasetmə və s. istiqamətlər üzrə müsəffəl məlumatlarla çıxış etdilər və videoçarxlar nümayiş etdirildi.