Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonlarındakı 313 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmir

08 fevral 2012 | 16:00

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakının Suraxanı rayonlarında yerləşən 313 saylı körpələr evi-uşaq bağçalarınınəsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buradakı vəziyyətlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Qeyd edildi ki, iki mərtəbədən ibarət körpələr evi-uşaq bağçasının binası 1959-cu ildə istismara verilib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq müəssisənin binasında əsaslı bərpa və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. 80 yerlik və dörd qrupdan ibarət körpələr evi-uşaq bağçasında qəsəbənin balaca sakinləri üçün bütün lazımi şərait yaradılıb. Burada yeni qazanxana istismara verilib, müəssisədə istilik sistemi quraşdırılıb, bina isti və soyuq su ilə təchiz edilib, ehtiyat su anbarı inşa olunub. Körpələr evi-uşaq bağçasının bir hektara yaxın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Həyətyanı sahədə uşaqlar üçün istirahət guşələri yaradılıb. Ərazi asfaltlanıb, daş örtüklər döşənib. Binada və ərazidə müasir işıqlandırma sistemi quraşdırılıbdır.

Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi

Keçidlər