Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçularımız daim diqqətdə saxlanılır.

09 aprel 2021 | 16:00

09 aprel 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşlarının növbəti görüşü Hövsan qəsəbəsində 2-ci qrup müharibə əlili Qasım Qasımov ilə təşkil edilmişdir. Qazimizin problem və qayğıları dinlənilmiş, onun qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılmışdır.
Bu gün Şəhid ailələrinin və qazilərin yüksək diqqət və qayğı ilə əhatə olunduğunu, dövlətimiz tərəfindən bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayan Qasım Qasımov bunun üçün dövlət başçımız Cənab  İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü ifadə etmişdir.

Keçidlər