Şriftin ölçüsü :

Saytın rəngi :

RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində bu təbəqədən olan sakinlərin müraciətlərinin araşdırılması ilə bağlı işlər davam etdirilir.

08 aprel 2021 | 16:00

Aprelin 8-də 1-ci Qarabağ müharibəsinin şəhidi milliyyətcə rus olan, tağım komandiri gizir Dyomin Boris Aleksandroviçin qızı Kondakova Alyona Borisovna  övladı ilə qəbul olunaraq problemləri şöbə müdiri Elmar Hüseynov tərəfindən dinlənilmiş, məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müaciətlər edilmiş və ərzaq yardımı göstərilmişdir. Həmçinin Suraxanı Rayon İcra Hakimiyyətinin, Xəzər Qayğıkeşlik Layihəsi Humanitar İctimai Birliyinin və "Azercell” Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən "Azercell”in  səyyar Mobil Göz Klinikasında müayinəyə cəlb edilmişdir.
Səmimi söhbət əsnasında Şəhidimizin nəvəsinə hərbi mövzuda kitab hədiyyə edilərək onun babası kimi vətənpərvər ruhda böyüyüb boya-başa çatdığı vətənini qoruması üçün gələcəkdə hərbi peşəyə yiyələnməsi tövsiyyə olundu.

Keçidlər