Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və ailə üzvləri qəbul olunaraq müraciətləri qeydə alınır
Qazimiz ehtiyatda olan Nurməmmədov Nazim Xanlar oğlunun anası Cəmilə xanım Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ilə tanış olmaq üçün bizləri ziyarət etdi.
Səmimi söhbət əsnasında o, 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi münasibətilə Ölkə başçımız cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmiş, həmçinin Suraxanı rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə RİH başçısı Əziz Əzizova təşəkkür etmişdir.
Görüş zamanı onun bank kreditinin Yaşat fondu tərəfindən ödənildiyi müəyyən edilmişdir.
Damla su şirkəti tərəfindən ailəyə ərzaq yardımı göstərildi. Həmçinin, Cəmilə xanım Azercell Telekom-un dəstəyi ilə səyyar Mobil Göz Klinikasının 08.04.2021-ci il tarixdə təşkil edəcəyi göz yoxlama aksiyasına cəlb edildi.
1999-cu il təvəllüdlü qazimiz Namazov Təhmasib İlqar oğlu da şöbədə qəbul olunaraq onun problemləri dinlənilib. Təhmasib Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Qeyd edək ki, qazimizin dayısı da Birinci Qarabağ savaşında şəhid olmuşdur.