Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri qəbul olunaraq müraciətləri qeydə alınır
Şəhid anası Qasımzadə Ruziyyə Ruzi qızı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə əlaqədar müraciətinin araşdırılması məqsədi ilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində qəbul edilmiş və RİH başçısı Əziz Əzizov ilə görüşü təşkil olunmuşdur. Ruziyyə xanımın səhhəti ilə əlaqədar Milana hospitalda müayinə edilməsi üçün müvafiq tədbirlər görülmüş, eləcə də o, Azercell Telekom-un dəstəyi ilə səyyar Mobil Göz Klinikasının 08.04.2021-ci il tarixdə təşkil edəcəyi göz yoxlama aksiyasına cəlb edilmişdir.
Qazimiz Talıbov Emin Eldar oğlu da müraciəti ilə əlaqədar şöbədə qəbul olunarkən onun keçdiyi şərəfli döyüş yolundan xatirələri və qayğıları dinlənilib. Xocavənd-Şuşa istiqamətində döyüşlərdə iştirak edərək diz-topuq nahiyəsindən kəsib keçən qalpə yarası və qapalı- kəllə beyin travması almış qazinin problemlərinin həlli istiqamətində RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.