Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində iştirak edərək Şəhid olmuş hərbi qulluqçuların ailələri hamımız üçün əzizdir. Onların yanında olmaq, diqqət göstərmək hər birimizin mənəvi borcudur.

29 mart 2021 | 16:00

29 mart 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 62 saylı MKİS-in rəisi gəncliyini Vətən uğrunda fəda edən Şəhidlərimizdən biri Kərimov Əhməd Vaqif oğlunun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində yaşayan ailəsini ziyarət etmiş və onlara ərzaq yardımı göstərilmişdir.
Şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından söz açan RİH başçısı Əziz Əzizov ailənin qayğı və problemləri ilə yaxından maraqlanaraq onları narahat edən məsələlərin həlli istiqamətində zəruri tədbirlərin aidiyyəti qurumlarla əlaqəli şəkildə həyata keçirildiyini və bundan sonra da ailənin daim diqqətdə saxlanılacağını bildirmişdir.
Görüş zamanı şəhadəti ilə nəinki öz ailəsinin həmçinin, bütün Azərbaycanın fəxr mənbəyinə çevrilən Əhməd Kərimovun keçdiyi şərəfli döyüş yolundan danışılaraq Şəhidimiz böyük ehtiramla yad edildi.
Qeyd edək ki, Əhməd Kərimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Keçidlər