Suraxanı rayonunda da belə həssas kateqoriyadan olan şəxslər hər zaman diqqətdə saxlanılır.
Əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dövlətimiz tərəfindən xüsusi diqqət göstərilərək, onlar hərtərəfli qayğı ilə əhatə olunur.
22 mart 2021-ci il tarixdə bayram ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, aparatın şöbə müdirləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hövsan qəsəbəsində məskunlaşan, Cəbrayıl rayonundan məcburi köçkün 1-ci qrup sosial əlil Şirinova Samirə Səfər qızını bayram sovqatı ilə ziyarət edərək, qayğıları ilə maraqlanmışdır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı həyəcanla sevinc hisslərini bölüşən Samirə Şirinova öz doğma yurd-yuvasına qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirdi.