Suraxanı rayonunda növbəti qanvermə aksiyası təşkil olunub
Martın 18-də növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında könüllü qanvermə aksiyası təşkil olunub. Rayonun idarə, müəssisə və təşkilatların əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi daşıyır.
Aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirir.
Qanvermə aksiyası zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilir.
Səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa və qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.