Suraxanı RİH başçısı COVİD-19 əleyhinə peyvənd olunub
Koronavirus infeksiyasına qalib gəlmək üçün Suraxanı rayonunda 50 yaşdan yuxarı sakinlər əlavə vaxt itkisi sərf etmədən və növbə gözləmədən münasib tarixdə və saatda randevu.its.gov.az saytında onlayn şəkildə qeydiyyatdan keçməklə təyin olunmuş ən yaxın tibb məntəqəsini seçərək peyvənd olunurlar.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu və dövlətimiz tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyünü nəzərə alaraq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Qeyd edək ki, martın 18-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov COVID-19 əleyhinə peyvənd olunub.
Özümüzün və yaxınlarımızın sağlamlığını qorumaq məqsədilə bu bəladan qurtulmaq üçün vətəndaşlarımıza peyvənd olunmağı tövsiyə edirik.