Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçularımız daim diqqətdə saxlanılır.
Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir, onların ailə üzvləri, həmçinin Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçularımız daim diqqətdə saxlanılır.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə 15 mart 2021-ci il tarixdə 285 №li tam orta məktəbin kollektivi yaralanmış hərbiçilərimiz, Qaraçuxur qəsəbə sakinləri Əliyev Rüstəm Fərhad oğlunu və Əhmədov Fərid İlham oğlunu ziyarət edərək onların səhhəti və problemləri ilə maraqlanmış və ailələrə ərzaq yardımları göstərmişlər.