Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Vətən uğrunda haqq savaşının qəhrəmanlarına, gəncliyini, ömrünü vətənə fəda edən Şəhidlərimizə daim diqqət və qayğı göstərilir

13 mart 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Vətən uğrunda vuruşaraq Şəhid olmuş oğulların xatirəsi hər zaman əziz tutulur, hər bir şəhid ailəsinə və müharibə iştirakçısına xüsusi həssaslıqla yanaşılaraq, onlar mütəmadi ziyarət olunur, problemləri dinlənilir və həlli istiqamətində müvafiq tədbirlər görülür.
12 mart 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi bayram ərəfəsində Şəhidimiz Səlimov Şiralı Vüqar oğlunun Hövsan qəsəbəsi, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsində yaşayan ailəsinə baş çəkərək, qayğıları ilə maraqlanmış, ərzaq yardımı göstərmişlər.

Keçidlər