Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunun gənc idmançısı Əliyev Turan Fəxri Fərmanla təltif olunub

14 mart 2021 | 16:00

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir ki, bu da gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırır.
Suraxanı rayon gəncləri də öz təşəbbüskarlığı, fəallığı ilə hər zaman seçilir. Rayonumuzun gənc idmançısı Əliyev Turan Qəhrəman oğlu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etdiyinə görə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Qeyd edək ki, Turan Əliyev 2019-cu ildə budo idman növü üzrə Dünya kubokunda 1-ci yeri, sərbəst güləş idman növü üzrə beynəlxalq turnirdə 3-cü yeri qazanmışdır.
Gənc idmançımıza uğurlar, gələcək yarışlarda da nailiyyətlər diləyirik.

Keçidlər