Suraxanı rayonunda Vətən müharibəsində öz sağlamlığını itirən hərbiçilərimiz və Şəhid ailələri ilə görüşlər bayram ərəfəsində də davam etdirilir.
12 mart 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hövsan qəsəbəsi, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsinin sakini, Vətən müharibəsinin işitirakçısı Rufullayev Namiq Arif oğlunu ziyarət etmiş, ailəsinə ərzaq yardımı göstərmişlər.
RİH başçısı Əziz Əzizov könüllü döyüşlərə qatılaraq mərdliklə vuruşmuş və yaralanmış hərbiçimiz Namiq Rufullayevin səhhəti ilə maraqlanmış, onun problemlərini dinləmişdir.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid ailələrinə və qazilərimizə mütəmadi xüsusi diqqət və qayğı göstərilərək, onları narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqəli şəkildə zəruri tədbirlər həyata keçirilir.