Suraxanı rayonunda Vətən müharibəsində öz sağlamlığını itirən hərbiçilərimizə və Şəhid ailələrinə mənəvi dəstək olmaq məqsədilə keçirilən görüşlər bayram ərəfəsində də davam etdirilir.
12 mart 2021-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Fuad Cəbrayılov, şöbə müdirləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hövsan qəsəbəsi, Zeytun sovxozu adlandırılan yaşayış sahəsinin sakini, Vətən müharibəsinin işitirakçısı Qasımov Qasım Cəfər oğlunu ziyarət etmiş, ailəsinə ərzaq yardımı göstərmişlər.
RİH başçısı Əziz Əzizov qazinin səhhəti ilə maraqlanmış, onun problemlərini dinləmişdir. O, döyüşlər zamanı çətinliklərə sinə gərən müharibə iştirakçılarının, eləcə də Şəhid ailələrinin xüsusi diqqət və qayğı ilə əhatələndiyini və bundan sonra da onları narahat edən məsələlərin həlli istiqamətində lazımi tədbirlərin görüləcəyini bildirib.