Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz daim diqqət mərkəzindədir.
Martın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın şöbə müdirləri və RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vətən müharibəsində yaralanmış hərbiçimiz, Bülbülə qəsəbə sakini Sadıxov Cavanşir Faiq oğlunu ziyarət edərək onun səhhəti və problemləri ilə maraqlanıb, ailəsinə ərzaq yardımı göstəriblər.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gün davam edən döyüşlərdə əldə etdiyi möhtəşəm Qələbə ilə Azərbaycanın bütün dünyaya yenilməz gücünü nümayiş etdirdiyini bildirən Əziz Əzizov bu qələbənin qazanılmasında böyük əzm göstərərək Şəhid olan və yaralanan hərbiçilərimizin hər birimiz üçün doğma və əziz olduğunu qeyd edib.