Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz mütəmadi olaraq ziyarət olunur
Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir, onların ailə üzvləri, həmçinin Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçularımız daim diqqətdə saxlanılır.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə 318 saylı tam orta məktəbin və 279 saylı körpələr evi-uşaq bağçasının kollektivləri yaralanmış hərbiçilərimiz Nuriyev Əsəd Asif oğlunu, Əliyev Əbülfət Asəf oğlunu, Muradov Emin Tahir oğlunu ziyarət edərək onların səhhəti və problemləri ilə maraqlanmış və ailələrə ərzaq yardımları göstərmişlər.