COVİD-19 infeksiyasının təhlükə yaratdığı ilk gündən dövlətimiz tərəfindən vətəndaşların sağlamlığınının qorunması məqsədilə mümkün olan bütün zəruri tədbirlər uğurla icra edilir.
Koronavirus infeksiyasına qalib gəlmək üçün Suraxanı rayonunda 50 yaşdan yuxarı sakinlər əlavə vaxt itkisi sərf etmədən və növbə gözləmədən münasib tarixdə və saatda randevu.its.gov.az saytında onlayn şəkildə qeydiyyatdan keçməklə təyin olunmuş ən yaxın tibb məntəqəsini seçərək peyvənd olunurlar.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu və dövlətimiz tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyünü nəzərə alaraq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Özümüzün və yaxınlarımızın sağlamlığını qorumaq məqsədilə bu bəladan qurtulmaq üçün vətəndaşlarımıza peyvənd olunmağı tövsiyə edirik.