Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı şəhərindən məcburi köçkün düşən ailələrlə görüş keçirildi

26 fevral 2021 | 16:00

Fevralın 26-da Xocalı faciəsinin ildönümü ilə əlaqədar Xocalı şəhərindən məcburi  köçkün düşərək Suraxanı rayonunda məskunlaşmış ailələrlə Suraxanı Rayon İcra Hakimiyyətində karantin rejiminin müvafiq qaydalarına riayət etməklə görüş keçirilmiş və onlara ərzaq yardımı paylanmışdır.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin böyük əməyinin olduğunu, məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymətin verildiyini bildirmişdir. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasət nəticəsində soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə hər il faciənin ildönümünün istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunduğunu vurğulamışdır.

Keçidlər