Vətən yolunda canlarını qurban vermiş Şəhidlərimizin qəhrəmanlığı gənclərimiz üçün örnəkdir.
Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan Şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunması və gələcək nəsillərə ötürülməsi hər birimizin borcudur.
Suraxanı rayonu E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə torpaqlarımız uğrunda canından keçən 44 günlük Vətən müharibəsinin Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə təqdirəlayiq addım atılıb. Belə ki, məktəbin ən fəal 2 sinfinə Şəhidlərimiz Yusubov Elzar Süleyman oğlunun və Cabarzadə Cavid Qorxmaz oğlunun adları verilərək onlar haqqında məlumat qeyd olunan xatirə lövhələri sinif otaqlarının divarı və qapıları üzərinə asılıb. Həmçinin, şagirdlər üçün Şəhidlərimizin fotosu və adı həkk olunan döş nişanı hazırlanıb.