Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

22 fevral 2021 | 16:00

Vətən müharibəsində iştirak edərək şəhid olmuş Suraxanı rayonundan hərbi qulluqçuların ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi diqqət və qayğı göstərilərək, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülməsi davam etdirilir.
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Şəhidimiz kapitan İsmayılov Elçin Mübariz oğlunun ailəsinə dəstək olunaraq yaşadıqları mənzildə əsaslı şəkildə təmir-bərpa işlərinə başlanılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mənzilə baxış keçirərək görülən işlərlə maraqlanmış və işlərin keyfiyyətlə aparılması ilə bağlı müvafiq tapşırıqlarını vermişdir. Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində yerləşən 14 saylı binada ailənin yaşadığı, uzun illərdir təmir olunmadan istismar edilən 3 otaqlı 43 saylı mənzildə kanalizasiya, su və elektrik xətləri dəyişdirilmiş, mətbəxin döşəməsinə istilik xətləri çəkilmişdir. Hazırda döşəmə və tavan yenilənərək otaqların qapıları dəyişdirilir. Həmçinin, təmirdən sonra mətbəx avadanlıqlarının alınaraq quraşdırılması nəzərdə tutulmuşdur.

Keçidlər