Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, 18 fevral 2021-ci il tarixdə Şəhidimiz Eissavi Muhamməd Mazen oğlu doğum günündə anıldı

18 fevral 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini Fuad Cəbrayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov və RİHBA-nın şöbə müdirləri Şəhidimiz Eissavi Muhamməd Mazen oğlunun doğum günündə onun ailəsinə baş çəkmiş, məzarını ziyarət edərək ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir. Şəhidin qardaşına idman geyim dəsti və planşet hədiyyə edilmiş, ailəyə ərzaq yardımı göstərilmişdir.
RİH başçısı Əziz Əzizov başda Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dəstəkdən danışıb, bundan sonra da həmin ailələrin diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb.
19 yaşlı Eissavi Muhamməd Ağdam ətrafındakı döyüşlərdə canını vətənə qurban verdi. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən Muhammədin timsalında bütün Şəhidlərimiz hər zaman qəlbimizdə əbədi yaşayacaqdır.
Qeyd edək ki, Şəhidimiz Eissavi Muhamməd ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!

Keçidlər