Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz mütəmadi olaraq ziyarət olunur

18 fevral 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini Könül Axundova və şöbə müdirləri, həmçinin 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyeva Vətən müharibəsində yaralanmış hərbiçimiz Qaraçuxur qəsəbə sakini Hüseynov Novruz Rizvan oğlunu ziyarət edərək onun səhhəti və problemləri ilə maraqlanmışlar. Ailəyə ərzaq yardımı göstərilmişdir.
RİH başçısı Əziz Əzizov Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı şanlı qələbədə hünər göstərən Novruz Hüseynova təşəkkürünü bildirərək şəfa diləyib.
Cərrah həkim tərəfindən onun yaralanmış ayağının sarğısı açılaraq müayinə olunmuşdur.  Hazırda müalicəsini evdə, ailəsinin yanında davam etdirən Novruz Hüseynov 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının nəzarətində saxlanılaraq mütəmadi müalicə prosedurları davam etdirilir.

Keçidlər