Suraxanı rayonunda şəhid ailələri davamlı olaraq ziyarət olunur
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri 44 günlük Vətən müharibəsində xalqımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan Şəhidimiz Səfərov Cəsarət Xaliq oğlunun ailəsini ziyarət edib, ərzaq yardımı göstərmişlər.
Görüş zamanı torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Cəsarət Səfərovun keçdiyi şərəfli döyüş yolundan danışılaraq Şəhidimiz böyük ehtiramla yad edildi. Vətənpərvərliyinə görə həmişə fərqlənən Cəsarət Füzuli, Xocavənd, Qubadlı, Zəngilan istiqamətlərində gedən döyüşlərdə vuruşaraq noyabrın 4-ü Şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn edilib.
Qeyd edək ki, Səfərovlar ailəsinin digər üzvü, Cəsarətin əmisi oğlu Səfərov Şahmar Nazim oğlu da şanlı tarix yazan qəhrəmanlarımızın sırasındadır. Uşaqlıqdan Cəsarətlə birlikdə böyüyən Şahmar elə onunla birlikdə vətənə layiqincə xidmət etdi və Murov dağı ətrafında gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu.
Vətən üçün etdiklərinizi unutmadıq, unutmayacağıq, unutdurmayacağıq, nur üzlü Şəhidlərimiz!
Məkanınız cənnət olsun!