Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri davamlı olaraq ziyarət olunur

16 fevral 2021 | 16:00

Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri son nəfəsinə qədər əzmlə vuruşan Şəhidimiz İsmayılov Sərdar Sərvər oğlunun ailəsini ziyarət ediblər və ailəyə ərzaq yardımı göstərilib.
Şəhid ailəsinin qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov bildirmiş ki, Şəhidlərimizlə, eləcə də belə vətənpərvər oğullar yetişdirən ata və analarla hər birimiz qürur duyuruq. Şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.
Qeyd edək ki, Sərdar İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Keçidlər