Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə mənəvi dəstək olmaq məqsədilə mütəmadi görüşlər keçirilir, Şəhidlərimizin doğmaları ziyarət edilərək vətənimizin məğrur qəhrəmanları ehtiramla yad olunur.

15 fevral 2021 | 16:00

Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri Şəhidimiz Məmmədov Dostəli Seymur oğlunun ailəsinə baş çəkiblər və ailəyə ərzaq yardımı göstərilib.
Şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışan RİH başçısı Əziz Əzizov ailənin qayğı və problemləri ilə yaxından maraqlanaraq onları narahat edən məsələlərin həlli istiqamətində zəruri tədbirlərin aidiyyəti qurumlarla əlaqəli şəkildə həyata keçirildiyini bildirmişdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərliyin, cəsurluğun, müsbət əxlaq və əqidənin sonsuz olduğunu vurğulayan RİH başçısı qeyd etdi ki, bizə qələbə sevinci yaşadan oğullarımızı gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Qeyd edək ki, Dostəli Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

Keçidlər