Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda abadlıq-quruculuq sahəsində böyük vüsətlə aparılan kompleks tədbirlər davam etdirilir

13 fevral 2021 | 16:00

Rayonda qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri,  içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindəndir və sakinlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir.
Əmircan qəsəbəsində Nurəli Abdullayev və Bülbülə qəsəbəsində Nizami küçələrində su və kanalizasiya şəbəkələri qurulduqdan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin küçələrdə 5000 kv.m ərazidə asfalt örtüyünün salınması işlərinə başlanılmış və hazırda bu istiqamətdə işlər davam etdirilir. Qeyd edək ki, sözügedən küçələrin işıqlandırılması üçün işıq dirəkləri də quraşdırılmışdır.
Rayonun digər qəsəbələrində də infrastrukturun yenidən qurulması işləri mərhələli şəkildə aparılır.

 

Keçidlər