Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb uca zirvəyə qalxan şəhidlərimizin ailələri daim ziyarət olunur

12 fevral 2021 | 16:00

Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və Aparatın əməkdaşları Şəhidimiz mayor Əsgərov Rüfət Mürvət oğlunun ailə üzvlərinə baş çəkərək, onların qayğı və problemləri ilə yaxından maraqlanmışlar.
Ən ali, müqəddəs və şərəfli Şəhidlik zirvəsinə ucalan Rüfət Əsgərov dərin hörmət və minnətdarlıq duyğusu ilə anılmış, doğmaları onun keçdiyi şərəfli döyüş yolundan söhbət açmışdır. RİH başçısı Əziz Əzizov bildirmişdir ki, xalqımızın mərd oğulları Azərbaycan tarixini öz qanları ilə yenidən yazdılar, hamımızın müqəddəs amalı bütün şəhidlərimizin əziz xatirəsini qoruyub saxlamaq və daim yaşatmaqdır.
Qeyd edək ki, Şəhidimiz Əsgərov Rüfət Mürvət oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

 

Keçidlər