Suraxanı rayonu ərazisində sanitar təmizlik daim nəzarətdə saxlanılaraq mütəmadi abadlıq-təmizlik aksiyaları təşkil olunur.
RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının, DOST İş Mərkəzi vasitəsi ilə ödənişli ictimai işlərə cəlb olunmuş işçilərin iştirakı ilə ətraf-mühitin, ekologiyanın mühafizəsi, sakinlərin sağlamlığının qorunması məqsədilə rayon ərazisində keçirilən növbəti iməciliyə xeyli sayda canlı qüvvə və texnika cəlb olunmuş, sağlamlıq üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılaraq ərazidən daşınmışdır.
Həmçinin, tullantıların ətrafa yayılmasının qarşısının alınması məqsədilə qəsəbələrdə məişət tullantılarının vaxtı-vaxtında yığılaraq daşınmasına daim nəzarət davam etdirilir.