Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri davamlı olaraq ziyarət olunur

08 fevral 2021 | 16:00

Vətən müharibəsində iştirak edərək şəhid olmuş hərbi qulluqçuların ailələri hamımız üçün əzizdir. Onların yanında olmaq,  diqqət  göstərmək hər birimizin mənəvi borcudur.
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri torpaqlarımızın düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Süleymanov Rauf Allahverdi oğlunun ailəsini ziyarət etmiş, ailəyə ərzaq yardımı göstərilmiş və şəhidin övladına hədiyyələr təqdim edilmişdir. Həmçinin, ailənin qayğı və problemləri ilə yaxından maraqlanaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir. Şəhidin ailəsinə səbr diləyən Əziz Əzizov və Milli Məclisin deputatı Etibar Əliyev Şəhidliyin, vətənpərvərliyin ən ali məqamı olduğunu, bu ucalığa yüksələnlərin ömür yolunun nə qədər qısa olsa da, şərəfli və örnək sayıldığını vurğulayıblar.
Qeyd edək ki, Şəhidimiz Rauf Süleymanov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı,  Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər