Suraxanıda “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi uğurla yekunlaşmışdır.
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Suraxanı Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Böyük Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Qazandığımız Şanlı Qələbənin şagirdlər arasında təbliği və öyrənilməsi məqsədi ilə təşkil olunmuş müsabiqədə Suraxanı rayonunda fəaliyyət göstərən 35 ümumtəhsil müəssisənin 8-11-ci sinif şagirdləri cəlb olunmuş, məktəbdaxilində keçirilən ilkin mərhələdə ümumilikdə 100-dən çox şagirdin yazı təqdimatı uğurlu hesab olunmuşdur. 107 yazıdan ibarət olan təqdimatlar rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində təşkil edilmiş müstəqil komissiya üzvlərinə təqdim olunmuş, ümumi qərar əsasında, 20 nəfər şagirdin yazı və təqdimatı növbəti mərhələ üçün uğurlu hesab olunmuşdur.
04.02.2021-ci ildə təşkil olunmuş elmi-praktik konfransın növbəti mərhələsində Rayon İcra Hakimiyyəti nümayəndələrinin, münsiflər heyətinin və müsabiqə iştirakçılarının iştirakı ilə keçirilən “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfransda rayon Münsiflər heyətinin çıxışı, rəyləri, 20 nəfər şagirdin yazılarının təqdimatı ilə keçən konfransda İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fikrət Məmmədov yekun çıxış edərək, növbəti mərhələyə keçən müsabiqə iştirakçılarını təbrik etmiş, onlara gələcək təhsillərində, elmi araşdırmalarında uğurlar arzu etmişdir.