Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri davamlı olaraq ziyarət edilir.

03 fevral 2021 | 16:00

Növbəti dəfə fevralın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Etibar Əliyev, RİHBA-nın müavini və əməkdaşları Vətən müharibəsində qələbənin qazanılmasında adını tarixə yazaraq Şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri kapitan İsmayılov Elçin Mübariz oğlunun ailə üzvlərinə baş çəkiblər.
Şəhidin ailəsinə səbr diləyən RİH başçısı Əziz Əzizov və deputat Etibar Əliyev ailənin qayğı və problemləri ilə yaxından maraqlanaraq məğrur igidimiz Elçin İsmayılovun ruhunu ehtiramla yad etmiş, Şəhidlərimizin döyüş yolunun, göstərdikləri şücaət və vətənpərvərliyin hər zaman gənc nəsil üçün nümunə olacağını bildirilmişlər.
Qeyd edək ki, Şəhidimiz Elçin İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Cəbrayıl və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

 

Keçidlər